Qarabağ”ın prezidenti Tahir Gözəl Azərbaycan Televiziyasına açıqlama verib.
Sportinfo.az xəbər verir ki, o, “Neftçi” ilə oynayacaqları matçın təxirə salınmasını istədiklərini bildirib:
“Qrafikimiz çox ağırdır, çox çətindir. “Neftçi” ilə daim təmasdayıq.
“Neftçi”dən xahiş edirik ki, imkan varsa, oyun təxirə salınsın. Amma qərar onlarındır. Hər bir qərarlarına böyük ehtiramla yanaşacağıq”.
“Qarabağ” fevralın 18-də Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la, Azərbaycan Premyer Liqasının 21-ci turunda isə fevralın 21-də “Neftçi” ilə qarşılaşacaq.

