Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən bildirilib.
Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib.
"Kəhər atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.
"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-i Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da) başlanacaq.
Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.

