"Qarabağ" bir neçə dəvət aldı - AÇIQLAMA VERİLDİ

02:30 Qarabağ 91
"Qarabağ" bir neçə dəvət aldı - AÇIQLAMA VERİLDİ

"Qarabağ"ın aşağı yaş qrupundan ibarət komandaları beynəlxalq yarışlara dəvət alıblar.

Sportinfo.az xəbər verir ki, bunu klubun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

"Yaxın vaxtlarda U-10 komandamız Minskdə keçiriləcək "Naşe buduşee" turnirinə qatılacaq. Martda isə 'Dinamo" (Moskva, Rusiya) "Neftçi" ilə birlikdə Bakıda U-11 komandalarının turnirini təşkil etməyi planlaşdırır.

Bundan başqa, yay aylarında U-11-lər arasında Polşada yarış nəzərdə tutulub. U-14 Belarusda, U-15 isə Qazaxıstanda keçirilən turnirlərdə iştirak ediblər. U-13 komandamızın Bolqarıstanda turnirə qatılması nəzərdə tutulub.

U-16 və U-17 komandalarımız üçün digər Avropa klubları ilə yay aylarında oyunların keçirilməsi istiqamətində danışıqlar aparılır", - klub rəsmisi vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
5 Fevral 18:50 Çək və bizə göndər!
5 Fevral 04:30 "Neftçi" buna sevindi