Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşü çərçivəsində “Şamaxı” öz meydanında “Qarabağ”ı qəbul edib.
Bbölgədə baş tutan görüşü izləyənlər arasında “köhlən atlar”ın yeni transferi Jeremi Qnali dəb yer alıb.
23 yaşlı sol cinah müdafiəçisi oyuna mərkəzi tribunada komanda yoldaşı Amin Ramazanovla yanaşı tamaşa edib.
İlk hissənin gedişində “Şamaxı”nin yenietmə azarkeşlərindən bəziləri fransalı legionerin adını səsləndirsə də, öz ismini eşidən Qnali fanatlara təbəssümlə cavab verib.
Maraq üçün bildirək ki, Jeremi Kipr təmsilçisi “AEK Larnaka”dan transfer olunub. O, “köhlən atlar”la 2,5 illik müqavilə imzalayıb.
HƏBİB / SPORTİNFO.AZ

