“Qarabağ”ın oyunu ilə bağlı təhlükə aradan qaldırıldı - VİDEO+FOTOLAR

5 Fevral 11:40 Qarabağ 1 545
“Qarabağ”ın oyunu ilə bağlı təhlükə aradan qaldırıldı - VİDEO+FOTOLAR

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində daha iki oyun baş tutacaq.

“Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

Son günlər dağlıq rayonlarda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti matçın keçirilməsini sual altına salmışdı.

Qarşılaşma öncədən nəzərdə tutulan plan üzrə baş tutacaq.

Şamaxıda qar yağmasına baxmayaraq, meydan xüsusi texnika və işçi qrupunun əməyi sayəsində təmizlənərək oyun üçün hazır vəziyyətə gətirilib.

Oyunu canlı yayımlamaq və VAR-ın xidmətindən istifadə etmək üçün texniki avadanlıqlar artıq Şamaxı şəhərindədir.

Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 14:30-da başlayacaq.

PFL-in texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov "qafqazinfo"ya bildirib ki, fors-major hal yaranmasa, matç nəzərdə tutulduğu vaxtda keçiriləcək:

“Qar olanda oyunun keçirilməsi çətinləşir və bu, normaldır. Amma biz 3 tərəfli - AFFA, PFL və “Şamaxı” olaraq bütün mümkün tədbirləri görmüşük.

AFFA ilə danışıqların nəticəsi olaraq Şamaxıya peşəkar qar təmizləyən traktor göndərilib, eyni zamanda PFL tərəfindən narıncı toplar təmin olunub.

Əgər fors-major hal, yaratdığı fəsadların aradan qaldırılması tələb olunan vaxt çərçivəsində imkansız olan hadisələr baş verməsə, oyun planlaşdırılmış qaydada baş tutacaq.

Bu gün səhər saatlarında artıq işlərə başlanılıb”.

HƏBİB / SPORTINFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA