Elvin, yoxsa Toral “Qarabağ”dan gedir? - Son transferrin gizli tərəfi

01:10 Qarabağ 138
Elvin, yoxsa Toral “Qarabağ”dan gedir? - Son transferrin gizli tərəfi

“Qarabağ”ın yeni transferi Jeremi Qnalinin gəlişi müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, ön xəttə transferlər gözlənildiyi halda Ağdam klubu sol cinah müdafiəçisi ilə anlaşıb.

Bu isə azarkeşlərdə suallar yaradıb. Çünki “Qarabağ”ın sol cinahında 2 oyunçu çıxış edir - Toral Bayramov və Elvin Cəfərquliyev.

İndi müzakirə olunan məsələ budur ki, Qnalinin gəlişi bu futbolçulardan hansının gedişinə səbəb olacaq?

Düzdür, müxtəlif vaxtlarda hər iki oyunçunun xaricdən təkliflər aldığı barədə məlumatlar yayılıb. Lakin bu barədə nə klub, nə də oyunçular tərəfindən hansısa rəsmi açıqlama verilib.

Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” klubu ilə oynanılacaq vacib qarşılaşmadan sonra isə böyük ehtimalla bu suallara aydınlıq gələcək.

“Qarabağ” Jeremi Qnali ilə 2,5 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!