"Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdür"

4 Fevral 23:20 Qarabağ 140
"Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdür"

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini Azərbaycan çempionu “Qarabağ”la müqayisə edib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “Sovetski sport” qəzetinə müsahibəsində bildirib.

Mostovoyun sözlərinə görə, mövcud format və legioner limiti Rusiya klublarına Avropa səhnəsində daha iddialı olmağa imkan verərdi:

“Hazırkı format və 15 legionerlə “Zenit”in Çempionlar Liqasının pley-off mərhələsinə çıxacağına şübhə yoxdur.

SSKA da avrokubokların pley-offuna yüksələrdi. Bizim klublar “Kayrat” və “Qarabağ”dan güclüdür, amma əlbəttə ki, üzərində işləməli məqamlar var”.

FIFA və UEFA-nın tətbiq etdiyi qadağaya görə Rusiya klubları və milli komandaları 2022-ci ilin fevralından beynəlxalq yarışlarda iştirak edə bilmirlər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!