Doğrudanmı, “Qarabağ” yeni transferinə görə bu qədər pul ödəyib?

19:20 Qarabağ 299
Doğrudanmı, “Qarabağ” yeni transferinə görə bu qədər pul ödəyib?

“Qarabağ” yeni transferi Jeremi Qnali üçün AEK-ə (Larnaka) ödədiyi məbləğ açıqlanıb.

Sportinfo.az xəbər verir ki, tanınmış “transfermarkt” portalı Ağdam təmsilçisinin sol cinah müdafiəçisi üçün Kipr klubuna 100 min avro (200 000 manat) ödəyib.

23 yaşlı legionerin bazar dəyəri 450 min avrodur. “Köhlən atlar” fransızla 2,5 illik müqavilə imzalayıb.

Fransanın “Mets” klubunun yetirməsi olan arxa xətt oyunçusu “Qarabağ”da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı oyunçu karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında da çıxış edib.

AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti