“Qarabağ“ bu transfer üçün 600 min avro ödəyib, yoxsa..?

15:00 Qarabağ 255
“Qarabağ“ bu transfer üçün 600 min avro ödəyib, yoxsa..?

Xəbər verdiyimiz kimi, "Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi AEK-dən (Larnaka) Jeremi Qnalini heyətinə qatıb.

Onunla 2,5 illik müqavilə imzalanıb.

Qnali sol cinah müdafiəçisidir. O, təkcə bu mövqe üçün alınmayıb.

Fransalı sol vinger kimi də oynaya bilir.

Yəni yaxın gələcəkdə biz bu futbolçunu təkcə indiki əsas heyət oyunçusu Elvin Cəfərqluliyevin oynadığı müdafiənin sol deyil, həm də yarımmüdafiənin sol cinahında - Abdulla Zubirin mövqeyində də görə bilərik.

O, hər iki mövqe üçün nəzərdə tutularaq transfer edilib.

Baş məşqçi Qurban Qurbanov yeni futbolçusunu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi sınamaq fikrindədir.

23 yaşlı əcnəbi karyerası ərzində “Mets”in yetirməsidir. Həmçinin İspaniyada - “Tarazona” və “Melilya”da çıxış edib.

Kipr klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali 60 oyunda 7 assistlə yadda qalıb.

Bu ölkənin mediasının iddiasına görə, “Qarabağ“ AEK-ə 600 min avrodan artıq təzminat ödəyib. Larnakalıların sözləşməsi yayda bitəcək fransıza görə “köhlən atlar“ı bir xeyli yorduğu deyilir.

Ağdamlılar onu sıralarına qatmaq üçün 1 ilə yaxın danışıqlar aparıb.

Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində görüşmələr bir neçə dəfə dayanıb, tərəflər yalnız son günlər ortaq məxrəcə gələ bilib.

“Qarabağ“ həlledici mərhələdə güzəştə nail olub. Kipr KİV-nin yaydığı rəqəmlərdən xeyli aşağa rəqəmə bu keçidi reallaşdırmağı bacarıblar.

Ödəniləcək vəsaitin miqdarı isə 300 min avronun altındadır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti