“Zədəli olduğum dövr mənim üçün olduqca çətin keçdi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Kadi Borges deyib.
Braziliyalı yarımmüdafiəçi uzun müddətdən sonra zədəsini sağaldıb.
29 yaşlı əcnəbi 3 aylıq fasilədən sonra Premyer Liqanın 18-ci turunda “Turan Tovuz”a qarşı keçirilən matçın (1:0) 84-cü dəqiqəsində meydana çıxıb. O, Marko Yankoviçi əvəzləyib.
“Sambaçı” ötən ilin noyabrında Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi. Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.
Bu, Kadinin ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçdan sonra Premyer Liqada ilk qarşılaşması olub:
“Bu, hər bir idmançının karyerasında qarşılaşdığı mərhələlərdən biridir. Əsas odur ki, bu mərhələni düzgün keçəsən.
İndi həm psixoloji, həm də fiziki baxımdan daha güclü qayıtmağa çalışıram. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəm”.

