Qurban Qurbanov: “Sevinməliyik, amma hamımız məyusuq, üzərimizə gəlirlər” - VİDEO

08:40 Qarabağ 132
Qurban Qurbanov: “Sevinməliyik, amma hamımız məyusuq, üzərimizə gəlirlər” - VİDEO

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin son turunda “Liverpul”a 0:6 hesabı ilə uduzduqları oyun zamanı sosial şəbəkələrdə məyus olması ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, həmin anları belə şərh edib:

“Mənə elə baxsanız, 90 dəqiqə məyus görünürdüm. Pley-off-a çıxmağımız, Liqa mərhələsində 10 xal yığmağımız böyük uğurdur.

Sevinməliyik, amma hamımız məyus olduq. Üzərimizə gəlirlər, azarkeşlər fərqli yanaşırlar.

Bir az bunun da təsiri var. Onun məyusluğu, insanıq, həyatımızda olan problemlərin məyusluğu...

Bunlar hamısı üst-üstə gəlir. Bəzən emosiyalarımı belə göstərirəm.

Futbol elə oyundur ki, bir matçda qəhrəman olursan, digərində isə əksi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!