Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın sabiq müdafiəçisi Səttar Əliyev Asan TV-yə verdiyi videomüsahibədə karyerası və klubla bağlı xatirələrini bölüşüb.
O bildirib ki, Ağdamda futbol oynadığı dövrlərdə “ingilis” ləqəbi ilə tanınıb:
“Qarabağ”ın heyətində 1 il ərzində üç kuboku başım üzərinə qaldıran ilk kapitan mən olmuşam”.
Səttar Əliyev qeyd edib ki, müharibə şəraitində futbol oynadıqları dövrlər unudulmazdır:
“Oyun zamanı Ağdama raketlər atılırdı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov həm mənimlə birlikdə futbol oynayıb, həm də məşqçim olub”.

