Ruslar Qurban Qurbanovu “özünküləşdirdi” - 27 il əvvəl bizim idi… FOTO

2 Fevral 22:40 Qarabağ 248
Ruslar Qurban Qurbanovu “özünküləşdirdi” - 27 il əvvəl bizim idi… FOTO

"Baltika” sosial şəbəkə hesablarında keçmiş futbolçusu, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovu UEFA Çempionlar Liqasındakı tarixi uğuru münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, Kalininqrad təmsilçisi Ağdam klubunun pley-offa yüksəlməsini xüsusi paylaşımla qeyd edib.

“Dünən axşam Azərbaycanın “Qarabağ” komandası rəsmi olaraq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı.

Bunun bizim klubla nə əlaqəsi var? Çünki Ağdam komandasına “Baltika”nın keçmiş oyunçusu məşqçilik edir!”, – deyə klubun rəsmi paylaşımında bildirilib.

Qurban Qurbanov 1999-cu ildə “Baltika”nın heyətində 14 matçda meydana çıxıb və 1 qol vurub.

“Qarabağ”ın pley-off mərhələsindəki ilk oyunu fevralın 17-i və ya 18-də baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!