"Qarabağ"ı gözləyən təhlükə... - "Sabah" çempion olsa nələr yaşanacaq?

17:00 Qarabağ 265
"Qarabağ"ı gözləyən təhlükə... - "Sabah" çempion olsa nələr yaşanacaq?

Premyer Liqada "Sabah" fırtınası davam edir.

"Tələblər" ardıcıl 7 oyundu qələbə qazanır. Nə "Neftçi, nə "Turan Tovuz, nə də "Zirə" bu komandanın qarşısını ala bilmir.

Heç "Qarabağ" da...

Sonuncu dəfə ötən ilin avqustunda "İmişli"yə 0:1 uduzan Valdas Dambrauskasın yetirmələri 5 aydan çoxdur məğlubiyyət nə olduğunu bilmir.

Deyəsən, qış çempionu mövsümü çempion kimi bitirməkdə qərarlıdır.

Sona 15 tur qalmış son çempion "Qarabağ"la aradakı fərq 4-ə bərabərdir.

İndi futbol ictimaiyyətini düşündürən əsas sual budur - "Qarabağ" yox, "Sabah" Çempionlar Liqasına getsə uğurlu ola biləcək?

Əksi yaşansa, əli arşından da olacağıq, vəli arşından da...

Düzdü, buna bənzər təcrübə 2021-ci ildə yaşanıb.

"Neftçi" Premyer Liqanın çempionu olaraq Çempionlar Liqasına, Ağdam klubu isə gümüş medalla Konfrans Liqasında mübarizəyə başlamışdı.

"Ağ qaralar" öncə Çempionlar Liqasının, ardınca isə Avropa Liqasının və Konfrans Liqasının təsnifat mərhələlərində məğlub olaraq çox uğursuz mövsüm keçirmişdi.

Amma "Qarabağ" 3 təsnifat mərhələsini uğurla arxada qoyaraq qruplarda iştirak hüququ əldə etmişdi.

Hətta burda da parlaq çıxış sərgiləyərək futbol tariximizdə ilk dəfə qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanmışdı.

Yalnız pley-offda "Marsel" səddinə ilişən Qurban Qurbanovun komandası mübarizəni dayandırmalı olmuşdu. Əksinə, çempionluğun əldən çıxması "Qarabağ"ı nəinki zəiflətmiş, əksinə daha da güclü etmişdi.

Boş yerə deməyiblər ki, rəqabət inkişafa yol açır.

Bu gün "Sabah"ın çempionluq mübarizəsində olması "Qarabağ"ı yeni transferlər edərək daha da güclənməyə məcbur edir.

Sabah "Neftçi", "Turan Tovuz" və digər bir neçə klubumuz da da bu mübarizəyə qoşulsa rəqabət artar, inkişaf daha sürətlə gedər.

Qalır bircə "Sabah"ın çempion olacağı təqdirdə "Neftçi"nin 5 mövsüm əvvəl yaşadıqlarını təkrarlamaması.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti