İlkin Fikrətoğlu - Yaxşı ki, ”Qarabağ” var, yoxsa...

17:40 Qarabağ 128
İlkin Fikrətoğlu - Yaxşı ki, ”Qarabağ” var, yoxsa...

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Yarışın liqa mərhələsini 22 pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alıb.

"Qarabağ"ın rəqibi 4 dəfə İngiltərə çempionu "Nyukasl" olub.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

"Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

“Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğlu “köhlən atlar”ın pley-off mərhələsinə vəsiqə qazanmasını böyük hadisə sayır:

“Pley-offa - 1/16 finala bizmlə yanaşı çıxan adlara baxın: “Real Madrid”, “İnter”, PSJ, “Yuventus”, “Atletiko Madrid”, "Borssuya Dortmund", "Bayer Leverkuzen", "Benfika", “Qalatasaray”...

Nə oynadıqları ölkə liqaları, nə heyətləri, nə büdcələri “Qarabağ”la müqayisə oluna bilər. Amma bu gün onlarla bir sıradayıq.

Sevinmək, fəxr etmək, qürurlanmaq haqqımızdır. Bu sevinci doya-doya yaşayaq.

Bəlkə də nəvaxtsa bugünləri əlimizdə ıraqla axtardıq. Rusların 90-cı illərin “Spartak”ını, ukraynalılarən “Dinamo Kiyev”ini və “Şaxtyor”unu, belarusların BATE-ni, moldovanların da “Şerif”i axtardığı kimi.

Yaxşı ki, ”Qarabağ”ımız var, yoxsa uzağı, avqustda avrokubok dəftərini bağlayıb, oturub yenə ona-buna azarkeşlik edirdik.

İndi isə hələ macəra bitməyib. Qarşıda azı bir rəqib də var: “Nyukasl”.

“Qarabağ» Çempionlar Liqasında 1/16 finala yüksələn ilk Azərbayacn klubu kimi bir tarix də yazdı. Bilmək olmaz, bəlkə fevralın sonunda növbəti tarix də yazılacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti