“Qarabağ”ın müdafiəçisi Mateus Silva ölkəsi Braziliya mətbuatına fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı cinah oyunçusu Çempionlar Liqasındakı çıxışlarını dəyərləndirib.
"Sambaçı" burada tarix yazmaq istədiklərini bildirib:
“Hazırkı durum məni çox xoşbəxt edir. Çempionlar Liqası hər bir futbolçunun çıxış etməyi arzuladığı bir arenadır.
Belə böyük oyunlarda “Qarabağ”a bu cür kömək edə bilmək xüsusi hissdir. Komanda da çox gərgin çalışır.
Bilirik ki, hələ də tarix yaza bilərik. İndi əsas olan ayaqlarımızı yerə möhkəm basmaq və diqqətimizi qorumaqdır”.

