Qurban Qurbanovun yuxusuna haram qatan qayğılar

2 Fevral 22:20 Qarabağ 236
Qurban Qurbanovun yuxusuna haram qatan qayğılar

Premyer Liqanın 18-ci turu «Qarabağ»ı yenidən 3 xalla tanış elədi.

2027-cı ilin açılış həftəsində gözlənilmədən öz meydanında «Kəpəz»ə uduzmuş komanda bu dəfə çempionluq yolunda rəqiblərindən «Turan Tovuz»la üz-üzə gəldi və minimalhesablı qələbəyə sevindi.

Əlbəttə, 1:0-a sevinmək olar. Çünki «Qarabağ» gözəl futbol sərgiləmədi, oyunu ilə göz oxşamadı.

Burada təcrübə öz işini gördü.

Abdullah Zubirin fərqləndiyi epizoda başqa nə ad verəsən? Kapitan müdafiəçidən dönən topa cəld reaksiya göstərərək, şlypadan dovşan çıxardı haradasa.

Şans dünən «Qarabağ»ın tərəfində idi. Ağır Liverpul səfərindən böyükhesablı məğlubiyyətlə dönmüş, uzun yolun yorğunluğunu üzərindən ata bilməmiş bir «Qarabağ» var idi meydanda.

Çempionlar Liqasında görməyə alışdığımız heyəti ilk dəqiqələrdən meydana buraxmış Qurban Qurbanovun əzizləri namaz üstündəymiş yəqin.

Rəqib «Qarabağ»ın müdafiə xəttinin bir neçə mövqe səhvini necə bağışladı, sadəcə, heyrət etməli olursan. Mateuş Koxalski və şans bir-birinə göz vurmasaydı, «Qarabağ» nəinki qalib gələr, heç 1 xalla da «Tofiq Bəhramov»dan ayrılmazdı.

Psixoloji əzginlik «Qarabağ»ın əksər futbolçularını simasını «zəbt etmişdi». «Liverpul»a ağır məğlubiyyətin izlərini silmək üçün bu, bir fürsət idi, oyunları onu demədi amma.

Top itklərinin saya-hesaba gəlməməsi, Pedro Bikalyo ilə Kevin Medinanın yanlış ötürmələri azmış kimi, orta sahədəkilərin irəli zonaya top çatdırmaması Qurban Qurbanovu düşündürməlidir.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
2 Fevral 18:10 Çək və bizə göndər!