“Qarabağ”ın vingeri Kadi Borqes uzun müddətdən sonra zədəsini sağaldıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı 3 aylıq fasilədən sonra bu gün “Turan Tovuz”a qarşı keçirilən matçın 84-cü dəqiqəsində meydana çıxıb.
O, Marko Yankoviçi əvəzləyib.
"Sambaçı" ötən ilin noyabrında Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirilən “Qarabağ” - “Çelsi” matçında (2:2) zədələnmişdi. Braziliyalı yarımmüdafiəçi oyunun 31-ci dəqiqəsində əvəz olunmuşdu.
Bu, Kadinin ötən ilin oktyabrında "İmişli"yə qarşı keçirilən matçdan sonra Premyer Liqada ilk qarşılaşması olub.

