Tezliklə “Qarabağ”dan gedənlər olacaq - Qurban Qurbanov ANONS ETDİ

00:50 Qarabağ 350
Tezliklə “Qarabağ”dan gedənlər olacaq - Qurban Qurbanov ANONS ETDİ

“Qarabağ” “AEK Larnaka”dan Jeremi Qnalini heyətinə qatmağa yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la baş tutan matçdan sonrakı mətbuat konfransında məlumat verib.

Təcrübəli mütəxəssis oyunçunun Bakıya gəlməsini gözlədiklərini bildirib. O, həmçinin heyətdə limit problemi olduğunu və yeni transferlər üçün bəzi oyunçularla yolların ayrılmalı olduğunu vurğulayıb:

"Oyunçu ilə bağlı belə bir məsələ var, Bakıya gəlməlidir.

Rəhbərliklə danışmalıyıq ki, danışıqlar hansı səviyyədə qalıb. Kadi və Ramil Şeydayevə gəldikdə, baxacağıq hansı xəttə oyunçu lazım olacaq

. Bunu mütləq etməliyik. Hazırda boş yerimiz yoxdur. Yeni oyunçu gətirmək üçün hansısa oyunçunu çıxarmalıyıq, çünki limit var".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Fevral 20:00 Çək və bizə göndər!