“Qarabağ” fransalı legioneri heyətinə qatdı - RƏSMƏN TƏSDİQLƏNDİ

1 Fevral 22:55 Qarabağ 15 264
“Qarabağ” fransalı legioneri heyətinə qatdı - RƏSMƏN TƏSDİQLƏNDİ

“Qarabağ” heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Kiprdən - “AEK Larnaka”dan Jeremi Qnalini transfer edib.

Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Fransalı sol cinah müdafiəçisidir. Larnaka təmsilçisi Azərbaycan klubundan gələn təklifi qənaətbəxş hesab edib.

AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin (Anxel Qarsiya və Xayro İskierdo) olması onun ölkəmiə transferini asanlaşdırıb.

23 yaşlı Qnali bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM