“Qarabağ” daha 11 milyon avro qazanmaq imkanı əldə etdi

1 Fevral 14:25 Qarabağ 4 655
“Qarabağ” daha 11 milyon avro qazanmaq imkanı əldə etdi

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, tarixi nailiyyət klubun büdcəsini də əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

Belə ki, əsas mərhələni ilk 24-lükdə başa vurduğu üçün 1 milyon avro bonus əldə edən “Qarabağ”, pley-offda iştiraka görə daha 1 milyon avro qazanıb.

Cari mövsümdə əldə edilən ümumi gəlir təxminən 32,75 milyon avro (təqribən 67 milyon manat) təşkil edir.

“Qarabağ”ın pley-off mərhələsindəki rəqibi “Nyukasl”dır. Ağdam təmsilçisi burada İngiltərə klubunu üstələsə, daha 11 milyon mükafat əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM