"Qarabağ" çətin durumda - "Neftçi" əzəli rəqibinə kömək edəcək?

21:40 Qarabağ 340
"Qarabağ" çətin durumda - "Neftçi" əzəli rəqibinə kömək edəcək?

Azərbaycan derbisi təxirə salına bilər.

Belə ki, "Qarabağ"ı fevral ayında çox ağır qrafik gözləyir.

Çempionlar Liqasının pley-off mərhələsində ilk olaraq 17 fevral Bakıda "Nyukasıl"ı qonaq edəcək "köhlən atlar" 24 fevralda İngiltərəyə səfər etməli olacaq.

20-22 fevral günlərindən birində isə Ağdam klubunu Premyer Liqada "Neftçi" ilə matç gözləyir.

Oyun qrafikindəki sıxlığı nəzərə alan klub "ağ qaralar"la görüşün təxirə salınmasını müzakirə edir.

Bunun üçün "Neftçi"nin razılıq verməsi lazımdır.

Məhz bundan sonra Peşəkar Futbol Liqası qərar çıxara bilər.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti