"Son 10 ildə MDB-də bunu edən ilk klub "Qarabağ"dır”

09:25 Qarabağ 80
"Son 10 ildə MDB-də bunu edən ilk klub "Qarabağ"dır”

Rusiya mətbuatı "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması haqda yazıb.

Sportinfo.az xəbər verir ki, “Çempionat.com” saytı Ağdam klubunun tarixi uğuru barədə bunları qeyd edib:

"Qarabağ" ümumi turnirdə 22-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb. Beləliklə, Azərbaycan klubu 10 il ərzində Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan ilk MDB komandası olub.

Pley-offa vəsiqə qazanan son MDB klubu 2016-cı ildə 1/8 finalda oynayan “Zenit" olmuşdu.

Bundan əlavə, tarixində ilk dəfə olaraq Azərbaycan komandası Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda oynayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 18:10 Çək və bizə göndər!
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"