“Yaxşı, mənim zamanım bitdi, artıq yoluna mənsiz davam etməlisən” - VİDEO

31 Yanvar 23:20 Qarabağ 170
“Yaxşı, mənim zamanım bitdi, artıq yoluna mənsiz davam etməlisən” - VİDEO

"Kayrat" Tiktok sosial şəbəkə hesabında "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, Almatı təmsilçisi Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi ilə əlaqədar maraqlı video hazırlayıb.

“Kayrat" Liqa mərhələsini 1 xalla sonuncu - 36-cı pillədə tamamlayıb və turnirlə vidalaşıb, "Qarabağ" isə 22-ci yeri tutaraq növbəti mərhələyə vəsiqə əldə edib.

"Kayrat"ın videosunda klub və "Qarabağ" cizgi film obrazlarında təsvir olunub. Videoda "Kayrat" bildirir: "Yaxşı. Mənim zamanım bitdi. Artıq yoluna mənsiz davam etməlisən".

Qazaxıstan təmsilçisi videonu "Pley-offda uğurlar" sözləri ilə şərh edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 18:10 Çək və bizə göndər!
31 Yanvar 17:50 "Mən bu ruhu tanıyıram"