“Mən “Qarabağ”ın püşkdə PSJ ilə düşməməsinə məyus oldum”

1 Fevral 00:50 Qarabağ 571
“Mən “Qarabağ”ın püşkdə PSJ ilə düşməməsinə məyus oldum”

“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasından sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bu haqda Fransanın “Le Figaro” qəzetinə danışıb.

Püşkün nəticəsinə əsasən, Ağdam təmsilçisi bu mərhələdə İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.

“Şəxsən mən məyus oldum. Mən “Park de Prens”ə gəlib orada oynamaq istəyirdim.

Mən fransızam və Çempionlar Liqasının hazırkı qaliblərinə (PSJ – red.) qarşı oynamaq çox maraqlı olardı.

Bu, sadəcə mənim şəxsi fikrimdir. Bilmirəm, komanda yoldaşlarım da mənimlə razıdırmı (gülümsəyir)” - deyə o bildirib.

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM