“Qarabağ” təklifləri başından aşan oyunçusuna 3 milyon avro qiymət qoydu - SON DƏQİQƏ

13:00 Qarabağ 784
“Qarabağ” təklifləri başından aşan oyunçusuna 3 milyon avro qiymət qoydu - SON DƏQİQƏ

«Qarabağ» Leandro Andradenin transfer qiymətini müəyyənləşdirib.

Adıçəkilən yarımmüdafiəçinin xidmətində maraqlı olan klub 3 milyon avro ödəməlidir.

İndiyədək onunla bağlı bir neçə təklif alan Ağdam təmsilçisi yekun qiyməti bu cür müəyyənləşdirib. Menecerlərə xəbərdarlıq edilib ki, qeyd olunan rəqəmdən aşağı təkliflərlə qapını döyməsinlər.

Leandro Andradenin son vaxtlar zəif təsir bağışlamasının səbəbi də əslində budur.

«Çelsi» ilə matçda adını tabloya yazdırmış yarımmüdafiəçi o vaxtdan bəri yaxşı mənada fərqlənə bilmir.

Bu da səbəbsiz deyil. Kabo-Verde yığmasının üzvü Asiyadan çox sərfəli təklif alıb.

26 yaşlı orta sahə oyunçu həmin dəvətin təsiri altındadır. 2022-ci ildə bura «Çerno More»dən (Bolqarıstan) gəlmiş Portuqaliya doğumlu afrikalı indi yalnız getmək barədə fikirləşir.

Andradenin istəyi artıq «Qarabağ»ın rəhbərliyinə, həm məşqçilərinə, həm də komanda yoldaşlarına məlumdur.

Yarımmüdafiəçi aldığı dəvəti yaxın tarixdə dəyərləndirmək niyyətində olduğunu gizlətməyib, çünki karyerasının növbəti illəri ərzində bundan yaxşı təklif alacağına inanmır.

Bir sözlə, əlinə gözəl fürsət düşüb, qaçırmağı düşünmür.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!