"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı məlum oldu

01:10 Qarabağ 97
"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) qarşı oyunlarının vaxtı açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq.

Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, saat 00:00-da start götürəcək. Oyun "St James' Park" stadionunda olacaq.

"Qarabağ" - "Nyukasl" pley-off cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. Sözügedən komandalar 1/8 finala birbaşa vəsiqə qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Yanvar 18:10 Çək və bizə göndər!
30 Yanvar 04:00 Bu yola əl atdı - FOTOLAR