“Beşiktaş”ın keçmiş idman direktoru Azərbaycan klubunun hansı futbolçularını bəyəndi?

14:40 Qarabağ 178
“Beşiktaş”ın keçmiş idman direktoru Azərbaycan klubunun hansı futbolçularını bəyəndi?

“Qarabağ”ın oyunlarını izləyirəm”.

Bu sözləri “Beşiktaş”ın keçmiş idman direktoru Ceyhun Kazancı “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması barədə danışarkən deyib.

O, nəticəyə görə xoşbəxt olduğunu söyləyib.

“Qarabağ” bizim qürur yerimizdir. İnanıram ki, Qurban Qurbanovun komandası növbəti mərhələyə vəsiqə qazanar.

Heyətdə çox yaxşı oyunçular var. Məsələn, Leandro Andradeni qeyd edərdim. Yaxşı futbolçudur. Yerlilərdən Elvin Cəfərquliyevi bəyənirəm.

O, rahatlıqla Türkiyənin böyük komandalarında oynaya bilər”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Ceyhun Kazancı hazırda “Kasımpaşa”nın icraçı direktoru vəzifəsində çalışır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”