Kevin Medina: “Dünyada elə futbolçu yoxdur ki…” - VİDEO

03:00 Qarabağ 56
Kevin Medina: “Dünyada elə futbolçu yoxdur ki…” - VİDEO

“Qeydə alınan nəticə çox üzücüdür.

Əslində, buraya əlimizdən gələni etməyə, müsbət nəticə qazanmağa gəlmişdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu - 8-ci turunda “Liverpul”la görüşdən (0:6) sonra “İctimai” TV-yə açıqlamasında deyib.

“Təəssüf ki, artıq nəticə qeydə alınıb və ediləcək bir şey yoxdur. Ümumilikdə isə bu mərhələdə layiqli komandalarla qarşılaşdıq.

Bütün komandalar pley-off üçün mübarizə aparırdılar. Şükürlər olsun ki, uğurlu oyunlarımız da oldu. Yetərli qədər xal topladıq, tarixi nəticə əldə etdik və pley-off-a vəsiqə qazandıq”, - o qeyd edib.

K.Medina isə püşkatmadan da danışıb:

“Həm “Nyukasl”, həm də PSJ çox yüksək səviyyəli komandalardır. Futbol tarixində özlərinə məxsus dəst-xətləri var. Rəqibimiz bəlli olduqdan sonra fikir söyləmək olar”.

O, Çempionlar Liqasının Liqa mərhələsində keçirdikləri oyunlardan da spz açıb:

“Dünyada elə futbolçu yoxdur ki, bu möhtəşəm turnirdə iştirakı arzulamasın. Bizim də arzumuz möhtəşəm “Qarabağ” komandası ilə Çempionlar Liqasında iştirak etmək idi.

Mən bütün oyunlarımızdan zövq aldım. Bütün matçları yüksək səviyyədə keçirməyə çalışdım”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?