Amerikalılar Azərbaycan komandasını diqqətdə saxladı: “Bu, ilk belə uğurdur!” - FOTO

02:50 Qarabağ 74
Amerikalılar Azərbaycan komandasını diqqətdə saxladı: “Bu, ilk belə uğurdur!” - FOTO

ABŞ-nin Azərbaycandakı səfirliyi "Qarabağ"ı Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarına məlumat yayılıb.

Paylaşımda bildirilib:

"ABŞ Səfirliyi “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibətilə səmimi-qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə uğurdur!

Bu nailiyyət Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın məntiqi nəticəsidir.

ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək və sərhədləri, mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayırıq.

Dünyanın dörd bir yanında azarkeşlər üçün futbolun sevincini yaşadacaq daha çox unudulmaz anların olacağına inanırıq!"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 Yanvar 23:00 “0:3-ü unutmamışıq”
29 Yanvar 18:10 Çək və bizə göndər!
29 Yanvar 11:40 Eh… Onlar hara, biz hara!
29 Yanvar 07:20 Bakıda tramvay olacaq?
29 Yanvar 05:50 "Neftçi"ni necə udublar?