“Papaya de, oyunçu alsın, başqana de, pul xərcləsin” - VİDEO

19:20 Qarabağ 321
“Papaya de, oyunçu alsın,  başqana de, pul xərcləsin” - VİDEO

Ötən gün “Liverpul”la qarşılaşmada “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə azərbaycanlı azarkeş arasında maraqlı dialoq yaşanıb.

Sportinfo.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkədə yayılıb.

Futbolçu azarkeşlərdən birinin zarafatla dediyi “papaya de, oyunçu alsın”, “Musa, başqana de, oyunçu alsın, pul xərcləsin” sözlərinə gülərək reaksiya verib.

Musa Qurbanlı komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyununa çıxan “Qarabağ” “Liverpul”a 0:6 hesabı ilə məğlub olub. 22-ci pillədə qərarlaşan təmsilçimiz hazırda pley-off-da mübarizəsini davam etdirir.

Azarkeşlə futbolçu arasındakı dialoqun görüntülərini təqdim edirik:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti