“Qarabağ”ı 10:0 da udsalar...

16:40 Qarabağ 232
“Qarabağ”ı 10:0 da udsalar...

«Liverpul» başqa levıldır.

«Liverpul» başqa etalondur.

«Liverpul» bir başqa dünyadır, bir başqa aləmdir.

Hələlik o dünyada bizə yer yoxdur.

Onlar «Qarabağ»ı 6:0 da udsa, 10:0 da udsa, sadəcə, onlarla meydanda qarşılaşmaqdan, meydanı 90 dəqiqə ərzində bölüşməkdən həzz almalıyıq, çalışmalıyıq ki, bunun ləzzətini çıxaraq.

Hesaba, tabloya baxmadan. «Qarabağ» öz «qab»ığını, simasını, taktikasını dəyişmədi İngiltərədə.

Yerişinə, duruşuna, üslubuna sadiq qaldı yenə.

O da Qurban Qurbanovdur, baxışı, yanaşması dəyişməzdir - rəqib kim olur olsun.

«Qarabağ» «Liverpul» önündə öz oyununu oynamağa cəhd göstərdi. Alınmadı, amma bölüm-bölüm, parça-parça cəhd göstərdi.

Komandamız onminlərlə ingilisin önündə qapanmadı, özünümüdafiə taktikası seçmədi, təsadüfi qol arayışının ümidinə qalmaq istəmədi.

Əvvəlki rəqiblərlə necə oynamışdısa, «Liverpul»a da onu təklif etdi. Şübhəsiz, tərsi olsaydı, bu hesab da qeydə alınmayacaqdı.

«Qarabağ» hətta üçüncü, dördüncü qolu buraxandan sonra da qapısı ağzında «avtobus park»ı salmadı, irəli açıldı.

Standart vəziyyətlər və sürətli əks-hücumlarda isə «Liverpul»un üzünü görmə, amansızdırlar.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti