Qurban Qurbanov “pley-off”da kimi rəqib görmək istəyir?

16:20 Qarabağ 142
Qurban Qurbanov “pley-off”da kimi rəqib görmək istəyir?

"Klub olaraq bu illər boyu çox əziyyət çəkmişik.

İkinci dəfə idi ki, Çempionlar Liqasının qrup mərhələsində idik. Bu il oyunların sayı daha çox oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqasında pley-off mərhələsinə yüksəlmələri ilə bağlı danışarkən deyib.

Hava limanında qarşılanma mərasimində jurnalistlərin suallarını cavablandıran mütəxəssis pley-off mərhələsini böyük uğur adlandırıb:

"Düzdür, əvvəlcə fikirləşirdik ki, qrup mrhələsinə düşsək, bəs edər. Ancaq sonradan işimiz elə gətirdi ki, 22-ci komanda olduq.

Əlbəttə ki, bu, Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. Xalqımızı və futbolçuları təbrik edirəm”.

Q.Qurbanov pley-offdakı potensial rəqibləri olan PSJ (Fransa) və "Nyukasl"ı (İngiltərə) da dəyərləndirib:

“Elə səviyyədə komandalar qalıb ki, onları bir-birindən ayırmaq olmaz. Hazırda komandaların qarşısına qoyulan məqsəd maksimum yuxarı nəticələr göstərməkdir.

Bəli, bu gün bəlkə də PSJ bizim üçün daha böyük ad kimi görünür, amma Premyer Liqa klublarlnl da görmüşük".

"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirib və pley-offa vəsiqə qazanıb. Bu mərhələsinin püşkü yanvarın 30-da atılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti