Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” bu nəticəyə görə 1 milyon avro (təxminən 2 milyon 35 min AZN) əldə edib.
Sportinfo.az xəbər verir ki, ağdamlılar “Liverpul”a 0:6 hesabı ilə uduzmasına baxmayaraq büdcəsini zənginləşdirə bilib.
Bundan öncə “Qarabağ” nəticələrə görə 30 milyon 770 min avro, yəni təxminən 61,4 milyon manat qazanmışdı. Hazırda bu məbləğ 31 milyon 770 min avroya çatıb.

