Eh… Onlar hara, biz hara!

11:40 Qarabağ 329
Eh… Onlar hara, biz hara!

Çempionluq Liqasının əsas mərhələsi dünən bizim üçün geridə qaldı.

«Qarabağ» İngiltərədə «Liverpul»un qonağı oldu.

Nəticəni qoyaq bir kənara, heç yada salmayaq, əsas odur, bir Azərbaycan komandasının ayağı məşhur «Enfild»ə dəydi.

Orada olmağımızın özü böyük bir hadisədir, unudulmaz xatirədir. Bu həyacanı bizə yaşatdığı üçün Qurban Qurbanov başda olmaqla, bütün «Qarabağ» camiəsi dönə-dönə alqışı haqq edir.

İlk yeddi turdakı oyununa və qazandığı nəticələrə görə «Qarabağ»ın Liverpul səyahətinin üstündən sükutla keçməliyik.

Guya, keçməyib nə edəcəyik?

Əlimizdən nə gəlir ki?

Ümumi dəyəri 1 milyard avronu aşan «Liverpul»la biz haramızı və necə müqayisə eləyə bilərik ki?

Dağla qaya, yaxud dərə birdir ki?

«Ayntraxt» üzərində Bakıda qazanılan dramatik qələbənin ağırlığı, yorğunluğu, eyni zamanda, pley-off mərhələsinə vəsiqə ehtimalının 95 faizə çatması, bunun gətirdiyi rahatlıq «Qarabağ»ın «Enifld»də əl-qolunu bağlamadı.

Sadalıdığımız bu nüansların 0:6 hesablı yekuna zərrə qədər dəxli, əlaqəsi yoxdur. «Liverpul», mübaligəsiz, A klasdır.

Ora çatmağımıza, o səviyyəyə qalxmağımıza, o zirvəyə yüksəlməyimizə heç bilirsiz nə qədər var?

Bəlkə bir ömür vəfa etmədi, həmin günü görmədik, uzaqdan-uzağa baxa-baxa qaldıq. Yəqin ki, belə də olacaq.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 18:10 Çək və bizə göndər!