"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşıb.
"Enfild" stadonunda keçirilən görüş "Liverpul"un 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Buna baxmayaraq, Ağdam təmsilçisi digər matçların nəticələrindən asılı olaraq, ilk 24-lüyə düşməyi bacarıb. Beləliklə, "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb.
Liverpul" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0
Qollar: Aleksis Makallister, 15, Florian Virtz, 21, Məhəmməd Salah, 50, Uqo Ekitike, 57, Aleksis Makallister, 62, Federiko Kyeza, 90

