"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin son turunda "Liverpul"a 0:6 hesabı ilə məğlub olsa da, pley-off mərhələsinə adını yazdırmağı bacarıb.
Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:
- Əfsuslar olsun ki, böyükhesablı məğlubiyyətə uğradıq. Buna baxmayaraq futbolçularımı təbrik edirəm. 8 oyunu analiz etsək, çox əziyyət çəkdik. Futbolçularım pley-off mərhələsinə yüksəlməyi haqq etdilər. Təbii ki, bu gün oynadığımız matç bizim istədiyimiz oyun deyil. Biz daha yaxşı komandayıq. Hər bir halda layiqli məğlub olduq və layiqli də pley-offa yüksəldik.
- Potensial rəqiblərimiz də məlumdur. PSJ və "Nyukasl" komandalarından biri ilə qarşılaşacağıq...
- Gözləyəcəyik. Hər ikisi özünəməxsus oyun üslubu ilə seçilir. Hansı komandanın düşməyindən asılı olmayaraq bu mərhələyə daha ciddi hazırlaşacağıq.
- Əgər bu məğlubiyyətdən bir dərs çıxarmaq lazım gələrdisə, komanda üçün bu hansı dərs olardı?
- Belə məğlub olmamaq. Mən futbolçularımı çox gözəl başa düşürəm. Çətin idi. Pley-off mərhələsini 90 faiz həll etmək amili də arxayınlıq yarada bilərdi futbolçularda. Hər bir halda bu stadionda oynamaq çətin idi. Düşünürəm ki, bir də oynamaq şansımız olsa, belə oyun sərgiləməyəcəyimizə inanıram.

