Bəhlul Mustafazadə: "Oyunun gedişində düşünürdüm ki…"

28 Yanvar 23:50 Qarabağ 1 146
Bəhlul Mustafazadə: "Oyunun gedişində düşünürdüm ki…"

"Penalti epizodunda çox məyus idim.

Oyun gedə-gedə qol vurmaq haqqında düşünürdüm. Qol vurduğum və qələbə qazandığımız üçün çox şadam".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə "Ayntraxt" üzərində 3:2 hesablı qələbə haqda deyib.

"Çempionlar Liqasında azərbaycanlı futbolçu kimi qol vurmaq çox xoşdur. Fərqi yoxdur kim qol vurub, əsas odur qələbə qazandıq.

"Ayaks"la oyunda sonra çoxlu tənqid olunduq. Haqlı tənqidlər də var idi. Komanda olaraq toparlanmağı bacardıq.

Düzdür, hələ işimiz başa çatmayıb. Qarşıda "Liverpul"la oyun var. Bu rəqib haqqında əlavə danışmağa ehtiyac yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM