Çempionlar Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” – “Liverpul” oyunu Azərbaycan çempionunun İngiltərə klublarına qarşı 9-cu dueli olacaq.
Sportinfo.az xəbər verir ki, “köhlən atlar” əvvəlki 8 qarşılaşmanın yeddisində uduzub, birində isə heç-heçə edib.
Qapısında 23 qol görən komanda 3 dəfə fərqlənib.
“Qarabağ” son olaraq ötən ilin noyabrında, hazırkı turnirin əsas mərhələsində Bakıda “Çelsi”ni qəbul edib – 2:2.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da start götürəcək.

