Danimarka mətbuatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun işi haqda material hazırlayıb.
Sportinfo.az xəbər verir ki, “TV3 SPORT” 53 yaşlı məşqçinin Ağdam klubuna qazandırdığı titullardan və uğurlardan bəhs edib:
“Budəfəki Çempionlar Liqasında 36 klubdan 9-u baş məşqçisini dəyişib. Bunlara “Benfika”, “Monako”, “Union”, “Yuventus”, “Ayaks”, “Çelsi”, ” Brügge”, “Real” (Madrid) və “Ayntraxt” (Frankfurt) daxildir.
Baş məşqçilərin işdən çıxarılma riski olur, amma çox güman ki, onlarda bu baş verməyəcək. Çünki 53 yaşlı Qurban Qurbanov böyük ehtimalla, son sözü özü deyəcək.
Qurbanov 2008-ci ildən bəri komandanı 717 oyunda çalışdırıb, o cümlədən Çempionlar Liqasında (seçmə mərhələlər daxil olmaqla) 70 oyun.
Baş məşqçi kimi o, “Qarabağ”a 11 liqa titulu və 6 ölkə kubokunu qazandırmağı bacarıb. İndi “Qarabağ”ın 8-ci turda “Enfild”də “Liverpul”a uduzsa belə, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq şansı var”.

