Bəhlul Mustafazadənin karyerasını Çində davam etdirmək istəməsi «Qarabağ»ın məşqçi korpusunu hərəkətə gətirib.
«Köhlən atlar» artıq alternativ namizəd axtarışına çıxıb.
Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq iddiasını özündə saxlayan Ağdam təmsilçisi gözləmək fikrində deyil.
Ölkə çempionunun ilk olaraq kimi «qaraladığı» bizə məlumdur.
Redaksiyamıza verilən məlumata görə, Kollinz Sişenje «Qarabağ»ın maraq dairəsinə düşüb. Keniyalı müdafiəçinin cəmi 22 yaşının olması Qurban Qurbanovun diqqətini çəkib.
Çünki təcrübəli mütəxəssis gənc, uzun müddət xidmətindən yararlana biləcəyi legionerləri burada görmək istəyir. Afrikalı da baş məşqçinin kriteyarlarına uyğun gəlir.
2021-ci ildən Keniya yığmasına çağırılan müdafiəçi 2 ildir Serbiyada «Voyvodina»nın formasını geyinir. «Qren Kommandos»un yetirməsi 2119-cu ildən peşəkar klub karyerasına başlayıb.
Ölkəsində iki il yerli «AFC Leopards»ın şərəfini qoruyub, 2021-ci ildə Yunanıstana üz tutub, PAOK-la müqavilə bağlayıb.
Bir il sonra İsveçə yollanıb, AİK-lə anlaşıb. Stokholm komandası afrikalını 2023-cü ildə Kollinzi finlərə - KuPS-a icarəyə verib.
Buradan isə o, Balkan yarımadasına köçüb.
SPORTİNFO.AZ

