İlkin Fikrətoğlu “Qarabağ” və Qurban Qurbanov haqda görün, bu dəfə nə dedi!

17:40 Qarabağ 322
İlkin Fikrətoğlu “Qarabağ” və Qurban Qurbanov haqda görün, bu dəfə nə dedi!

Çempionlar Liqasında “Qarabağ” - “Ayntraxt” qarşılaşmasından 1 gün əvvəl keçirən oyunlar yekunlaşdıqdan sonra turnir cədvəli Azərbaycan çempionunu belə bir fakt qarşısında qoymuşdu: “Ayntrax” Bakıda mütləq məğulb edilməlidir, əks halda, əlvida pley-off!

Əlbəttə, almanlara qalib gəlməsəydik belə, möcüzəyə - son turda “Liverpul”u İngiltərədə udub, əsas izləyicilərimizn xal itkilərinə də bel bağlaya bilərdik.

Amma hazır şansımız öz əlimizdə ola-ola, möcüzəyə yalnız sadəlövhlər güvənə bilər.

Bizim almanlar üzrəində tarixdə bir nəhəng qələbəmiz olub - o da futbol meydanında yox, hərb meydanında. 85 il əvvəl alman qoşunlarını Bakıya buraxmayanda, hansı ki, o dirəniş İkinci Dünya Müharibəsinin taleyini demək olar həll etdi.

İndi isə almanlar Bakıda idi. Əlini, qolunu sallayıb, rahatlıqla gəzir, hətta “Qarabağ”la oyundan əvvəl məşq etməyə belə, lazım bilməmişdilər.

Frankfurtda keçirilən məşqləri yetərli saymışdılar. “Qarabağ” isə bu vacib oyuna necə lazımdırsa, Qurban Qurbanovsayağı intizamla hazırlaşırdı.

Rəqibin Bundesliqada son 3 oyunda qapısından 9 qol buraxması müdafiəsindəski xaosun göstəricisidir. Baş məşqçi Dino Topmöller də elə uğursuz gedişatı dayandıra bilmədiyi ucun Bakı səfərindən əvvəl istefaya göndərilmişdi.

Yəni, “Ayntraxt” Allahın ümidinə uçan qəzalı təyyarəyə bənzəyirdi, harada qırıldı-qırıldı.

Onları Bakıda öyrəşdikləri soyuq Frankfurt havası - iliyə işləyən sazaq, amma 30 minlik stadionu isidən, qaynar qazana çevirən Azərbaycan azarkeşi gözləyirdi.

Qurban Qurbanov bu dəfə bütün riskləri kənara atıb, Nəriman Axundzadəni ehtiyatda saxlamış, artıq zədəsini tam sağaltmış Joel Montieli oyun qurucusu kimi heyətə daxil etmişdi.

Hər iki komandanı yanız qələbə qane etdiyindən, oyun qaynar tempdə başladı.

Artıq dördüncü dəqiqədə Elvin Cəfərquliyev rəqibin sağ cinahından keçib, ötürmə verdi, Leandro Andradenin zərbəsini qapıçı qaytarsa da, Kamilo Duran lazımı anda, lazımı yerdə idi.

Sevincimiz almanlaırn türkiyəli yarımmüdafiəçisi Can Uzunun sayəsində uzun sürmədi. Pedro Bikalyonun səhvi heabın bərabərləşməsiylə nəticələndi.

Tablodakı 1:1-ləri dəyişmək üçün tərəflər uzun müddət bir-biriylə dartışdı. Oyunun sonlarında səhnəyə matçın hakimi çıxdı.

Almanlar üçün həlledici oyuna isvecrəli hakimin təyinatı əvvəldən bizi bir qədər narahat etmişdi. Oyunda da göründü ki. narahatlıq əbəs deyilmiş.

74-cü dəqiqədə almanların Kamilo Duranı cərimə meydanında yıxdığı epizodda penalti qərarı verməyən Sandro Şerer 1 dəqiqə sonra təxminən bənzər epizodda “Qarabağ”ın qapısna vicdanı sızıldamadan necə penaıti təyin etdi, izah vermək çətindir.

Bu epizodların ya heç biri qayda pozuntusu deyildi, ya da hər ikisində qayda pozulmuşdu. Yaxşı ki. alman damarı tutan isveçrəlinin bu ikili yanaşması “Qarabağ”ı sındırmadı.

Cəmi 2 dəqiqə sonra yenə Cəfərquliyev almanlaırn cərimə meydanına şığıdı və Durana durmaq yox, vurmaq zamanı olduğunu göstərdi, hesab bərabərləşdi - 2:2.

Heç-heçə də bizi qane etmirdi. Qarşıda “Liverpul”la olduqca ağır səfər oyunu vardı.

Ona görə pley-off məsələsini elə bu qarşılaşmada, indiyədək futbolda məğlub edə bilmədiyimiz almanlara qalib gəlməklə həll etməli idik.

Və budur, 90+4-cü dəqiqə - son saniyələrdə Bəhlul Mustafazadə bəlkə də karyerasınını qolunu vurur. Bəlkə də həyatının qolu idi bu.

Özünün dediyi kimi, penalti epizoduna görə sanki borcunu qaytardı azarkeşə.

Həmin anda - gecə 12-nin yarısında Respublika Stadionunda havanın mənfiyə düşən tempraturu bəlkə də birdən-birə müsbət 30 dərəcəyə yüksəldi. Stadion dağılırdı, ekran qarşısında sevincdən dəli olanları da bura əlavə edək.

Oyundan sonra isə Bakının küçələrini siqnal səsləri, üçrəngli bayraq görüntüləri başına götürmüşdü. Bu, tarixdir!

Bir Azərbaycan komandası tarizdı ilk dəfə almanlara qalib gəlir. Amma ən möhtəşəmi odur ki. bir Azərbaycan klubu tarixindı ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə - 1/16 finala vəsiqə qazanır.

Bəli, bu, hələ rəsmiləşməyib, dəqiqləşməyb. Amma turnir cədvəlinin qoyun qarşınıza, baxın.

Hətta “Qarabağ” son oyunda “Liverpul”a uduzsa belə, Azərbaycan çempionunu cədvəldə keçmək ehtimalı olan 8 komandanın hamısının rəqiblərinə qalib gəlməsi lazımdır.

O cümlədən, “Kopenhagen” səfərdə “Barselona”nı, “PSV Eyndhoven” Almaniyada “Bavariya”nı məğlub etməlidir.

Özünün pley-offa çıxmaq şansı olan “Ayaks”ın öz meydanında “Olimpiakos”la, “Brügge”nin “Olimpik Marsel”lə sonadək döyüşmək ehtimalı da bizim xeyrimizədir.

Bəlkə də tələsirik, amma biz futbolda belə qələbələrə acıq. Sevinmək bizim, sizin, hamımızn haqqıdır.

Və buna görə təşəkkür, “Qarabağ”!

Təşəkkür, Qurban Qurbanov!

İlkin Fikrətoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti