ABŞ nəşri “Qarabağ”ın “gözünü açdı” - Əsəbi sonluq olacaq?

12:40 Qarabağ 202
ABŞ nəşri “Qarabağ”ın “gözünü açdı” - Əsəbi sonluq olacaq?

ABŞ-nın ESPN nəşri Çempionlar Liqasının 8-ci turu öncəsi “Qarabağ”, "Qalatasaray" və “Borussiya”nın (Dortmund) pley-off mərhələsinə vəsiqə qazanmaq şanslarını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, tanınmış nəşr Ağdam təmsilçisinin növbəti mərhələyə adlamaq şansları barədə bunları yazıb:

"Bu komandaların hamısı texniki cəhətdən 1/8 finala birbaşa vəsiqə qazanmaq şansına malikdir. Lakin onların əsas diqqəti (xüsusən də "Qalatasaray" və "Qarabağ") çox güman ki, turnir cədvəlində özlərindən aşağıda olan komandalara yönələcək.

"Borussiya”nın pley-offa vəsiqə qazanması üçün qələbə və ya heç-heçə etməsi kifayətdir. "Qalatasaray" və "Qarabağ" isə müvafiq olaraq ən yüksək səviyyəli rəqibləri - "Mançester Siti" və "Liverpul"u məğlub etməlidirlər.

Pley-off mərhələsindən yayınmaq üçün bir sıra əlverişsiz nəticələrin kombinasiyası lazımdır. Ağır məğlubiyyət... Bu, onları final fiti yaxınlaşdıqca, digər matçların nəticələrini əsəbi şəkildə izləməyə vadar edə bilər".

“Liverpul” - “Qarabağ” görüşü bu gecə keçiriləcək və matça Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti