"Ola bilər ki, Premyer Liqadakı nəticələr klubun tələblərinə görə ürəkaçan deyil, amma..."

28 Yanvar 06:00 Qarabağ 497
"Ola bilər ki, Premyer Liqadakı nəticələr klubun tələblərinə görə ürəkaçan deyil, amma..."

“Belə oyunlarda problem var deyə düşünmürəm, çünki “Liverpul” böyük klubdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib:

“Bu ilin əvvəlindən onlar Çempionlar Liqasında yaxşı nəticələr əldə edirlər. Ola bilər ki, Premyer Liqadakı nəticələr klubun tələblərinə görə ürəkaçan deyil, amma Çempionlar Liqasında ən yaxşı oldular.

Komandanın oyun üslubu, futbolçuların bir-birini tamamlaması düşündüyümüz problemləri aradan qaldırır. Odur ki, biz həddindən artıq diqqətli olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM