"Qarabağ" sabah saat 00:00-da Çempionlar Liqasının 8-ci turunda "Liverpul"la qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç qarşılaşma haqqında fikirlərini bildirib:
"Burada olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik. Meydanda ən yaxşı oyunumuzu göstərərək, Bakıya yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik.
"Liverpul"un çox yaxşı və böyük keyfiyyətə malik oyunçuları var. Ötən mövsümlərdə "Bayer Leverkuzen"lə matçlarda Florian Virtslə Ceremi Frimponq artıq bizə qarşı oynayıblar.
Həmin dönəm onlar Avropanın ən güclü komandalarından biri idilər, amma onlara qarşı möhtəşəm oyun keçirməyi bacarmışdıq.
Ümid edirəm ki, sabah da buna bənzər oyun və daha da yaxşı nəticə əldə edəcəyik".

