İngiltərə KİV-i “Qarabağ”ın sensasion məğlubiyyətinə biganə qalmadı

01:00 Qarabağ 87
İngiltərə KİV-i  “Qarabağ”ın sensasion məğlubiyyətinə biganə qalmadı

Liverpulda nəşr edilən “This Is Anfield” “Qarabağ”ın Azərbaycan Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə (0:2) evdə sensasion məğlubiyyətinə, həmçinin Çempionlar Liqası matçı üçün Liverpula səfər ərəfəsində bu nəticəyə diqqət yetirib.

Sportinfo.az xəbər verir ki, jurnalist Henri Cekson nəticəni Ağdam klubunun Liverpula səfərinə hazırlığı ilə əlaqələndirib.

“Qarabağ” çərşənbə axşamı gecəsi Liverpula səfərinə ideal hazırlıq keçirmədi, heyəti tamamilə dəyişdi və evdə 0:2 kimi ağrılı məğlubiyyətə düçar oldu”, – Cekson yazıb.

Həmçinin müəllif gözlənilməz uğursuzluğun xarakterini vurğulayıb və rəqibin("Kəpəz"in) hər hissədə bir qol vurduğunu qeyd edib.

Xüsusi olaraq Cekson "Qarabağ"ın “Liverpul”la görüşdən əvvəl geniş rotasiya etməsinə diqqət çəkib.

“Qurban Qurbanov “Liverpul”la matça hazırlıq ərəfəsində 11 dəyişiklik etdi və bu çempionluq yarışında ağır zərbə oldu”, – jurnalist əlavə edib.

Qeyd edək ki, “Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunda səfərdə “Bornmut”a 2:3 hesabı ilə məğlub olub.

“Liverpul”la “Qarabağ” arasında görüş 28 yanvarda “Enfild”də keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Qurban Qurbanovun komandası Çempionlar Liqasının əsas mərhələsinin son turundan əvvəl on xalla 18-ci pillədə qərarlaşıb, “Merseysaydlılar” isə 15 xalla dördüncü sıradadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!