“Qarabağ”ı aparan təyyarə 7 saatlıq uçuşdan sonra Liverpula eniş etdi - VİDEO

01:20 Qarabağ 89
“Qarabağ”ı aparan təyyarə 7 saatlıq uçuşdan sonra Liverpula eniş etdi - VİDEO

Çempionlar Liqası çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” qarşılaşması fonunda təmsilçimiz artıq İngiltərənin Liverpul şəhərinə çatıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Bakıdan təxminən 7 saatlıq uçuşdan sonra Liverpula eniş edib.

Bu səfər “Liverpul” üçün də nadir statistika ilə yadda qalır.

Belə ki, “Qarabağ” İngiltərə klubunun Avropa turnirlərində indiyədək qəbul etdiyi ən uzaq məsafədən gələn rəqib kimi qeydə alınıb. "Atlılar" Bakıdan Liverpula təyyarə ilə 2583 mil (4157 kilometr) məsafə qət edib.

“Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Yanvar 18:10 Çək və bizə göndər!