Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarından təklif gəldi - “Qarabağ”ın legionerinə

27 Yanvar 01:00 Qarabağ 2 371
Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarından təklif gəldi - “Qarabağ”ın legionerinə

"Qarabağ"ın legioneri Aleksey Kaşuk Ağdam klubunu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ukraynalının təklifləri çoxdur.

Ona Səudiyyə Ərəbistanı, Polşa və İsrail klublarından dəvətlər gəlib.

Kaşukun ABŞ-a yollanaraq, MLS klublarından birinə keçmək ehtimalı da yüksəkdir. Hazırda 25 yaşlı futbolçu həmin təkliflər arasında seçim edir.

Onun qış “transfer pəncərəsi” zamanı “Qarabağ”ı tərk edə biləcəyi gözlənilir.

Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2024-cü il mart ayından Ağdam klubunun formasını geyinir.

“Şaxtyor”un yetirməsi olan Aleksey “Maripol” və “Sabah” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM