Çempionlar Liqasında xal sayını 10-a çatdıran “Qarabağ” Liqa mərhələsində sonuncu oyuna hazırlaşır.
Azərbaycan çempionu yanvarın 28-də İngiltərədə “Liverpul”un qonağı olacaq.
"Köhlən atlar” vətəni matçdan iki gün əvvəl tərk edəcək.
Təyyarə ilə 7 saatlıq uçuşu nəzərə alan baş məşqçi Qurban Qurbanov futbolçuların yorğunluqdan əziyyət çəkməməsi üçün bu addımı atıb.
Yanvarın 26-sı günorta saatlarında Bakıdan yola dqşəcək nümayəndə heyəti axşam saatlarında Liverpula çatacaq.
Həmin gün üçün məşq nəzərdə tutulmayıb.
Komandanın matçöncəsi son məşqi və Qurban Qurbanovun mətbuat konfransı yanvarın 27-də gerçəkləşəcək.
Çərşənbə günü “Enfild Road”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

