“Qarabağ”ın və Azərbaycanın U-19 millisinin sabiq üzvü futbolçu karyerasını erkən başa vurub.
Söhbət birvaxtlar gələcəyinə böyük ümidlər bəslənən Ayhan Arazlıdan gedir.
Ayhan hərbi xidmət borcunu yerinə yetirmək üçün 2024-cü ildə futboldan uzaq düşüb.
Əsgərlikdən qayıdandan sonra isə yenidən qapıda durmaq həvəsioni yaxına buraxmayıb.
Sosial şəbəkələrdə yayılan xəbərdə Arazlının futbol hakimliyinə başladığı iddia olunub.
Lakin həmin xəbərin şərh bölməsində özünü sabiq futbolçunun qohumu kimi qələbə verən şəxs Ayhanın tam fərqli sahədə çalışacağını bildirib:
“Salam. Mənim qohumumdur. Əsgərlikdə idi, Prezident Qvardiyasında. İndi orada qalıb işləyəcək”.
2001-ci ildə anadan olan Ayhan futbolun sirlərinə “Qarabağ”da yiyələnsə də, əsas komandada debüt etmək şansı qazanmayıb. O, 2023/24 mövsümünü I Liqa təmsilçisi “İmişli”də keçirəndən sonra hərbi xidmətə yollanıb.
HƏBİB / SPORTİNFO.AZ

